Superliqada baş məşqçi istefası

Türkiyənin "Göztepe" klubu baş məşqçisi Tamer Tuna ilə yolları ayırıb. SİA-nın məlumatına görə, 41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.

"Göztepe" Superliqanı 49 xalla 6-cı pillədə tamamlayıb.

Qeyd edək ki, Tamer Tuna mövsümün əvvəlindən "Göztepe"ni çalışdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə