"Yuventus"un transfer siyahısındə kimlər yer alır?

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandasının yay "transfer pəncərəsi" üçün əsas hədəflərini müəyyənləşdirib. Apasport.az saytının "Tuttosport"a istinadən məlumatına görə, italiyalı mütəxəssis rəhbərlikdən "Latsio"nun xavbeki Sergey Milinkoviç-Saviçin alınmasını istəyib. Əgər serbiyalı futbolçunun transferi baş tutmasa, Alleqri Pol Poqbanın geri qayıtması variantı üzərində dayanacaq.

Avropa nəhənglərinin yaxından izlədiyi Sergey Milinkoviç-Saviç uğrunda gedən mübarizədən "Yuventus"un qalib ayrılması çətin görünür. "Latsio" 23 yaşlı oyunçunun qarşılığında 80-100 milyon avro arası məbləğ tələb edir. "Yuventus" həmçinin Adrien Rabyo (PSJ), Lorentso Pelleqrini ("Roma") və Mateo Kovaçiçi ("Real") də yaxından izləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə