Kapitanlar Gerrero üçün FİFA-ya müraciət edib

Rusiyada təşkil olunacaq dünya çempionatında Peru ilə C qrupunda mübarizə aparacaq Fransa, Danimarka və Avstraliya millilərinin kapitanları FİFA-ya müraciət ünvanlayıblar. Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, Uqo Loris, Simon Kyaer və Mayl Yedinak ali futbol qurumundan Peru yığmasının kapitanı Paolo Gerreronun mundialda iştirakına icazə verilməsini xahiş ediblər. Onlar qanında qadağan olunmuş maddə (kokoin) aşkarlandığı üçün 14 aylıq futboldan kənarlaşdırılan 34 yaşlı hücumçunun cəza müddətinin dondurulmasını istəyiblər. FİFA-nın buna hansı cavabı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Gerrero ötən ilin dekabrında diskvalifikasiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...