Buffon açıqladı: "Çətin seçim olacaq"

"Yuventus"dan ayrılan Canluici Buffon PSJ-yə mümkün keçidi ilə bağlı açıqlama verib. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bir həftəyə yekun qərar verəcəyini deyib: "Hər şeyi sakit təhlil etmək və yekun qərar vermək üçün bir həftə lazımdır. 40 yaşın varsa, tez qərar vermək olmaz. Çətin seçim olacaq".

Qeyd edək ki, PSJ Buffona ilinə 8 milyon avro qazanacağı 2 illik müqavilə təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə