AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri”nə yekun vurulub. SİA-nın məlumatına görə, “Azəri” komandasının çempion olduğu turnirdə sonrakı yerləri müvafiq olaraq “Şimşək” və “Zirvə” kollektivləri tutub. “Azəri”nin üzvü Tural Muxtarov ən yaxşı oyunçu, “Zirvə”dən Şövkət Əskərov ən yaxşı qapıçı adına layiq görülüb. Rəqib qapılarından 22 top keçirən “Şimşək” komandasının üzvü Ülvi Fərəcli turnirin ən məhsuldar oyunçusu olub.

Sonuncu turun nəticələrini diqqətinizə çatdırırıq:

Ümid - Bakı 3:0

Azəri - Zirvə 2:2

Şimşək - Ümid 17:3

Bütün xəbərlər Facebook səhifəmizdə