Unay Emeri “Arsenal”ın baş məşqçisi olacaq

İspaniyalı mütəxəssis Unay Emeri Londonun “Arsenal” klubuna baş məşqçi təyin olunacaq. SİA-nın məlumatına görə, Unay Emeri London klubuna 22 il rəhbərlik edən Arsen Venqeri əvəzləyəcək.

“Topçular”ın rəhbərliyi ispan mütəxəssisin təyinatını dəstəkləyib. Bu həftə 46 yaşlı mütəxəssisin yeni vəzifəyə təyinatı barədə mətbuat konfransının təşkil olunması gözlənilir.

2016-cı ildən PSJ-nin baş məşqçisi olan Emeri cari mövsümün sonunda klubdan ayrılacaq. Onun rəhbərliyi ilə PSJ iki dəfə Fransa çempionluğunu bayram edib, Fransa Kuboku (2017-ci il) və iki dəfə Fransa Super Kubokunu (2017-ci, 2018-ci) qazanıb. İspaniya “Sevilya”sı ilə 3 dəfə Avropa Liqasının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə