Millimiz Portuqaliya yığması ilə qarşılaşacaq

Mayın 23-də qadın voleybol komandaları arasında Qızıl Avropa Liqasında II turun oyunları keçiriləcək. “A” qrupunda yer alan Azərbaycan yığması Portuqaliya millisini qəbul edəcək. SİA-nın məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da start götürəcək. Oyunu Saadettin Deneri (Türkiyə) və Fikrət Axundov (Azərbaycan) idarə edəcəklər.

Qrupumuzun digər görüşündə isə Bolqarıstan və Ukrayna yığmaları bir-birini sınağa çəkəcək.

Qeyd edək ki, ilk turda Azərbaycan Ukraynaya 3:1, Bolqarıstan Portuqaliyaya 3:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə