İspaniya millisinin mundial üçün yekun heyəti açıqlanıb

Futbol üzrə İspaniya millisinin yayda Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Baş məşqçi Julyen Lopeteqi, Sesk Fabreqas, Alvaro Morata, Ektor Bellerin və Markos Alonso kimi futbolçuların adını 23-lüyə daxil etməyib.

Qapıçılar: David De Xea (“Mançester Yunayted”, İngiltərə), Kepa Arrizabalaqa (“Atletik”), Pepe Reyna (“Napoli”, İtaliya);

Müdafiəçilər: Dani Karvahal, Serxio Ramos, Naço (hamısı “Real”), Jerar Pike, Xordi Alba (hər ikisi “Barselona”), Alvaro Odriozola (“Real Sosyedad”), Sezar Azpilikueta (“Çelsi”, İngiltərə), Naço Monreal (“Arsenal”, İngiltərə);

Yarımmüdafiəçilər: İsko, Marko Asensio, (“Real”), Serxio Buskets, Andres İnyesta (“Barselona”), Koke, Saul Niges (hər ikisi “Atletiko”), Tiaqo Alkantara (“Bavariya”, Almaniya), David Silva (“Mançester Siti”, İngiltərə);

Hücumçular: Dieqo Kosta (“Atletiko”), Rodriqo (“Valensiya”), İaqo Aspas (“Selta”), Lukas Vaskes ("Real").

Qeyd edək ki, mundialda B qrupunda yer alacaq İspaniya millisi İran, Mərakeş və Portuqaliya ilə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...