"Çelsi"nin yarımmüdafiəçisi Villian komandanı tərk edə bilər. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi Antonio Konte ilə arası yaxşı olmayan braziliyalı futbolçu London klubundan getməyə hazırlaşır. İtaliyalı mütəxəssis "Çelsi" də qalsa, Villian başqa kluba keçəcək.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçinin "Çelsi" ilə daha 2 illik müqaviləsi var. Onunla "Mançester Yunayted" yaxından maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə