"Arsenal" Arsen Vengerə əvəzləyici axtarmaqda davam edir

"Arsenal" mövsümün sonunda komandanı tərk edən baş məşqçi Arsen Vengerə əvəzləyici axtarmaqda davam edir. SİA-nın məlumatına görə, “topçular”ın “sükanı arxasına” keçməyə əsas namizəd "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi olan Mikel Artetadır.

İngiltərə mətbuatında yer alan məlumatda qeyd olunur ki, Arteta "Arsenal"ın maraqlandığı yeganə mütəxəssis deyil. London təmsilçisinin baş məşqçi postuna digər namizəd isə PSJ-dən ayrılan Unay Emeridir. Komanda onun rəhbərliyi altında Fransa Liqa 1-in son mövsümünü çempion kimi başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə