Triatlonçumuz dünya reytinqindəki mövqeyini yaxşılaşdırıb

Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevtsov dünya reytinqindəki mövqeyini yaxşılaşdırıb. SİA-nın məlumatına görə, yenilənmiş təsnifatda iki bənd yüksələn idmançı hazırda 20-ci yerdədir. R.Pevtsovun aktivində 3476,32 xal var. Qeyd edək ki, o, bu il Çenqduda (ÇXR) Dünya Kuboku yarışlarının qızıl medalını qazanıb, habelə Qran-Kanariyada Avropa Kubokunun və Şərm əş-Şeyxdə Afrika açıq çempionatının qalibi olub.

İspaniyalı Mario Mola reytinqdəki liderliyini qoruyub saxlayır, onun ardınca britaniyalı Conatan Braunli və norveçli Kristian Blümmenfeld gəlirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə