Pol Poqba: "Mourinyoya meydanda cavab verirəm"

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba baş məşqçi Joze Mourinyo ilə münasibətindən danışıb. SİA-nın məlumatına görə, fransalı futbolçu bunları deyib: "O, məni ehtiyat oyunçular skamyasına göndərdi. Ona meydanda bütün gücümü ortaya qoymaqla cavab verirəm. Biz bu barədə danışmışıq. Məşqçi və oyunçu ən yaxşı dostlar olmalı, birlikdə restorana getməli deyil. Mənim oyun və psixoloji durumumla bağlı problemlərim vardı. Bu, irəli getməyimə səbəb oldu. Mourinyo mənə kapitanlıq sarğısını verdi. Məsuliyyət götürmək liderlik keyfiyyətlərimin inkişafına kömək edir".

Bütün xəbərlər Facebook səhifəmizdə