Dario Federiko "Kəpəz"dən ayrıldı

Qış fasiləsində "Kəpəz"ə geri dönən Dario Federiko öz formasını bərpa edərək iddialı klubların transfer radarına düşə bilib. SİA-nın məlumatına görə, Gəncə klubu ilə müqaviləsi başa çatan braziliyalı vinger klubdan ayrılıb. 26 yaşlı futbolçunun karyerasını ölkəmizdə davam etdirmək varinatı mövcuddur.

Qeyd edək ki, Dario ötən yay Cənubi Koreyanın "Seoqnam" klubuna keçmişdi. Asiyada karyerası uğursuz alınan futbolçu qış fasiləsində "Kəpəz"ə dönmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə