Topaz Premyer Liqasının sonuncu turuna start veriləcək

Bu gün Topaz Premyer Liqasının sonuncu XXVIII turuna start veriləcək. SİA-nın verdiyi məlumata görə, turun ilk günündə üç oyun baş tutacaq. Turnir cədvəlində hər şey məlum olsa da üç komandaların qarşılaşması diqqət mərkəzində olacaq. Belə ki, avrokuboklara düşmək ümidini itirməyən “Neftçi”, “Zirə” və “Sumqayit” klublarının oyunları böyük maraqla gözlənilir. “Kapital Bank” stadionunda “Sumqayit” “Zirə” klubunu qəbul edəcək. “Neftçi” isə Gəncə şəhər stadionunda “Kəpəzin” qonaqı olacaq. Digər qarşılaşma isə “Bayıl Arena”da baş tutacaq. “Səbail” “Keşlə” ilə üz üzə qələcək. Hər üç qarşılaşma Bakı vaxtı ilə 17:15-də başlayacaq.

Qeyd edək ki, tura “Qəbələ” “Qarabağ” oyunu ilə yekun vurulacaq. Bu qarşlaşmadan sonra mükafatlandırma mərasimi olacaq.

Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 49 xalla ikinci, “Neftçi” isə 43 xalla üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (41 xal), “Sumqayıt” 40 (xal), “Keşlə” (28), “Səbail” (23) və “Kəpəz” (14) klubları qərarlaşıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə