“Beşiktaş” Mandzukiçə görə “Milan”a rəqib oldu

“Yuventus”un hücumçusu Mario Mandzukiç karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Beşiktaş” ulduz futbolçu ilə maraqlanır. Lakin “ağ-qaralar” bu mübarizədə tək deyillər. Belə ki, “Milan” da 32 yaşlı forvardı transfer etmək niyyətindədi. “Yuventus” rəhbərliyi isə Xorvatiya millisinin üzvünün keçidinə qarşı deyil. Turinlilər dünya çempionatından sonra hücumçusunu sərfəli qiymətə satmağı planlaşdırır. Qeyd edək ki, Mario Mandzukiç “Yuventus”a 2015-ci ildə “Atletiko”dan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə