“Beşiktaş” Demba Banı geri qaytarır?

“Beşiktaş” sabiq futbolçusu Demba Banı yenidən heyətinə cəlb etmək istəyir. Bu barədə Türkiyə mətbuatı yazılar dərc edib. Xəbərdə deyilir ki, İstanbul klubu “Göztepe”nin 32 yaşlı hücumçusu ilə razılığa gəlib.
Seneqallı futbolçu ilə mayın 21-də müqavilə imzalanacağı gözlənilir. Qeyd edək ki, 2014-15 mövsümündə “Beşiktaş”da çıxış etmiş Demba Ba 29 oyuna 18 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə