Messidən tələb: Pyaniçi transfer edin!

Andres İnyestanın yerinə oyunçu axtarışına çıxan “Barselona” yay transfer dönəmində 3 futbolçudan birini almağı planlaşdırır. xarici KİV-lərin yazdığına görə, kataloniyalılar Tiaqo Alkantara, Kristian Eriksen və Miralem Pyaniç arasında seçim edməlidi. “Barselona”nın yeni kapitanı olan Lionel Messi, rəhbərlikdən Pyaniçin alınmasını istəyib.

Argentinalı superulduz məhz bosniyalı orta sahə oyunçusunun komandanı gücləndirəcəyini düşünür. Qeyd edək ki, 2016-cı ildə “Roma”dan transfer edilən Pyaniçin “Yuventus”la müqavilə müddəti 2021-ci ilə qədərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə