Zidan: "Gəlin, Neymar haqqında 10 gün sonra danışaq"

"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan maraqlı açıqlamalarla diqqət çəkib. SİA-nın məlumatına görə, fransalı mütəxəssis PSJ-nin braziliyalı oyunçusu Neymarın “kral klubu”na keçəcəyi ilə bağlı şaiyələrə belə reaksiya verib: “Komandamda oynamayan hansısa oyunçu haqqında danışmaq istəmirəm. Qarşıda hələ iki oyun qalıb. Gəlin, Neymar haqqında 10 gün sonra danışaq”.

Zidan həmyerlisi Antuan Qrizmanın "Barselona"ya mümkün keçidi barədə suala cavab verməkdən də yayınıb: “Bu barədə məlumatım yoxdur. Ümumiyyətlə, bu məsələnin mənə aidiyyatı olmadığı üçün maraqlanmıram”.

Qeyd edək ki, "Real" Çempionlar Liqasının finalında "Liverpul"la, La Liqanın son turunda isə "Vilyareal"la qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə