"Çelsi" Levandovskini transfer edə bilər

"Çelsi" "Bavariya"nın futbolçusu Robert Levandovskini transfer etmək istəyir. SİA-nın məlumatına görə, polşalı hücumçu bu həftə agenti Pini Zafavi ilə görüşərək gələcəyini müzakirə edib.

"Real"ın "Bavariya" ilə matçlarında Levandovskinin zəif oyunundan sonra onun transferindən imtina etdiyi bildirilir. Buna görə London klubunun 29 yaşlı oyunçunu transfer etmək şanslarının daha çox olduğu vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə