"Bavariya" Robbenlə yeni sözləşmə imzalayıb

"Bavariya"da yeni müqavilə qeydə alınıb. SİA-nın məlumatına görə, Münhen təmsilçisi futbolçusu Aryen Robbenlə yeni sözləşmə imzalayıb. Müqavilənin müddəti 1 illik nəzərdə tutulub.

Qeyd edək ki, 34 yaşlı futbolçu "Bavariya"ya 2009-cu ildə "Real"dan transfer olunub. O, Almaniya klubunun heyətində 7 dəfə Bundesliqanın, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə