Qvardiola "Barselona"nın futbolçusuna "elçi düşüb"

"Mançester Siti" "Barselona"nın futbolçusu Serxio Busketslə maraqlanır. "AS" nəşrinin yazdığına görə, İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola ispan yarımmüdafiəçini komandasında görmək istəyir.

Ancaq "Barsa"nın 29 yaşlı oyunçunu dəyərindən aşağı qiymətə satmaq niyyətində olmadığı bildirilib. "Mançester Siti"nin yalnız təzminat qiyməti olan 200 milyon avronu ödəyəcəyi təqdirdə, Busketsi transfer edə biləcəyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...