Venger: "Arteta "Arsenal"ı çalışdırmağa layiqdir"

"Arsenal"ın baş məşqçisi Arsen Venger Mikel Artetanın onu əvəzləyəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, mövsümün sonunda London klubundan ayrılacağını açıqlayan fransalı mütəxəssis Artetanın bu vəzifəyə layiq olduğunu söyləyib:
"Bu işi bacarmaq üçün Artetada bütün keyfiyyətlər var. Düşünürəm ki, o, bu vəzifəyə əsas favoritlərdən biridir. Hər zaman lider olub, klubu əla tanıyır, futbola da çox həvəslə yanaşır. Mikel bilir ki, "Arsenal" onun inkişafı üçün ən yaxşı yerdir. Təcrübəyə qaldıqda isə o, Xosep Qvardiolanın köməkçisi işləyib. Birlikdə çalışdığımız vaxtlarda isə hər zaman öz təcrübələrimi Arteta ilə bölüşməyə çalışmışam".

Qeyd edək ki, Arteta Vengerin gedişindən sonra "Arsenal"ı çalışdırmağa əsas namizədlərdən hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə