Canluici Buffon "Yuventus"dan ayrılır. SİA-nın məlumatına görə, 40 yaşlı qapıçı bu gün keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib. Futbolçu bildirib ki, A Seriyasının son turunda "Verona" il görüş onun "Yuventus"da sonuncu matçı olacaq. Lakin Buffon ona təkliflərin gəldiyini və karyerasını başa vurub-vurmaması ilə bağlı qərarını növbəti həftələrdə açıqlayacağını deyib.

Qeyd edək ki, Buffon 2001-ci ildə "Parma"dan "qoca-sinyora"ya keçmişdi. İtaliya millisinin üzvü "Yuventus"da 655 oyun keçirib və 20 kubok qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə