Avropa Liqasının qalibi müəyyənləşib

2017/18 mövsümündə UEFA Avropa Liqasının qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, finalda Madrid “Atletiko”su “Marsel”lə üz-üzə gəlib. Lionda keçirilən görüşdə "Atletiko" inamlı qələbə qazanıb - 3:0.

Bununla da “Atletiko” üçüncü dəfə Avroliqanın qalibi olub. İspaniya təmsilçisi 2009/2010 və 2011/12 mövsümündə qitənin ikinci dərəcəli klub turnirini qazanıb.

Xatırladaq ki, Dieqo Simeonenin komandası Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olub. Ağdam klubu Madridlilərlə hər iki görüşdə (0:0, 1:1) rəqibindən xal almağı bacarıb.

UEFA Avropa Liqası
Final
16 may

“Marsel” (Fransa) - “Atletiko” (İspaniya) 0:3
Qollar:
Antuan Qrizmann, 21, 49, Qabi, 89
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Lion, “Park Olimpik Lion”

Bütün xəbərlər Facebook səhifəmizdə