Qılıncoynadanlarımız beynəlxalq turnirdə güclərini sınayıblar

Rusiyada qılıncoynatma üzrə qadınlar arasında dünya kubokunun Qran-Pri mərhələsi olan “Moskva sablyası” beynəlxalq turniri keçirilib. Ölkəmizi turnirdə Sevil və Sevinc Bünyatova bacıları təmsil edib. Sevinc Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qələbə qazansa da, xal hesabına görə növbəti mərhələyə yüksələ bilməyib.

Digər təmsilçimiz Sevil Bünyatova isə qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vurmaqla pley-off mərhələsinə vəsiqə qazanıb. İdmançımız 1/64 final mərhələsində italiyalı sablyaçı Katerina Navarrianı 15:13 hesabı ilə məğlub edib. Qılıncoynadanımzın turnirin 1/32 finalında da rəqibi İtaliya təmsilçisi olub. Sablyaçımız bu dəfə Loreta Gulotta üzərində 15:14 hesablı qələbə qazanıb. 1/16 finalda polşalı Malqorzata Kozaçuka 10:15 hesabı ilə uduzan sablyaçımız 142 iştirakçı arasında 31-ci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə