"Kəpəz"lə 51-ci dueldə 24-cü qələbəyə doğru

"Neftçi” mayın 20-də Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Kəpəz”lə qarşılaşacaq. SİA-nın məlumatına görə, Gəncə şəhər stadionunda keçiriləcək oyun saat 17:15-də start götürəcək. Flaqman müstəqillik dövründə bu komanda ilə indiyədək 50 çempionat oyununda üz-üzə gəlib. "Neftçi” bu görüşlərdən 23-də qələbə qazanıb, 18-də məğlub olub, 9 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də "Neftçi”nin xeyrinədir - 71:45.

Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, "Bakcell Arena”da qalib müəyyənləşməsə də (0:0), Gəncə şəhər stadionunda Ruslan Abışovun qolu sayəsində "Neftçi” qələbə qazanıb - 1:0. "Bakcell Arena”da keçirilmiş üçüncü dövrə matçında da flaqmanın 1:0 hesablı qələbəsi qeydə alınıb. "Neftçi”nin qələbə qoluna Mirabdulla Abbasov imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə