II Beynəlxalq Həmrəylik Tennis Çempionatına dair iclas keçirilib - FOTOLAR

Bu gün Milli Olimpiya Komitəsində (MOK) qarşıdan gələn II Beynəlxalq Həmrəylik Tennis Çempionatına dair iclas keçirilib. MOK-un mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə çempionatın yerli əməliyyat komitəsinin üzvləri, Azərbaycan Tennis Federasiyasından nümayəndələr iştirak edib.

Fəaliyyət planına bir daha nəzər salınıb, MOK və Tennis Federasiyası arasında mütəşəkkil şəkildə tədbirə hazırlıq planı təsdiqləndib.

Çempionat zamanı tələb olunan nəqliyyat, qidalanma, yerləşmə və digər mühüm məqamlara toxunulub.

Xatırladaq ki, II Beynəlxalq Həmrəylik Tennis Çempionatı (Bakı-2018) 23-28 iyul tarixlərində paytaxtımızda keçiriləcək. Tennis Çempionatı Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslamda idmana marağı yüksəltməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə