"Beşiktaş"ın futbolçusu Çin klubuna transfer olunub

"Beşiktaş"ın futbolçusu Dusko Toşiç karyerasını Çində davam etdirəcək. SİA-nın məlumatına görə, serb müdafiəçi bu ölkənin "Quançjou Everqrand" klubuna transfer olunub. "Qara qartallar" bu transferdən 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Toşiç 2015-ci ildən "Beşiktaş"ın şərəfini qoruyur. 33 yaşlı müdafiəçi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 66 qarşılaşmada 7 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə