“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Оğuzda

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Oğuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 16 may 2018-ci il tarixdə Oğuz rayonunda keçirilmişdir. Tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Təhsil şöbəsinin müdiri Elçin Kərimov, Rayon Cənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov və layihənin kordinatoru Kərim Ağayev iştirak etdilər.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış etdilər. Bildirildi ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Tədbirin sonunda AFFA tərəfindən uşaqlara müxtəlif idman ləvazimatları paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə