Maradona "Dinamo"nun idarə heyətinin sədri seçilib

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Belarusun "Dinamo" (Brest) klubunun idarə heyətinə sədr seçilib. SİA-nın məlumatına görə, onunla 3 illik müqavilə imzalanıb. O, "Dinamo"nun strateji inkişaf məsələləri ilə məşğul olacaq, habelə, bütün struktur bölmələri, o cümlədən, uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq. Maradona vəzifəsinin icrasına Rusiyadakı dünya çempionatı yekunlaşdıqdan sonra başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə