"Tottenhem" Sançeslə müqavilənin müddətini uzadıb

İngiltərə Premyer Liqasında mövsümü 3-cü pillədə başa vuran "Tottenhem"də yeni müqavilə qeydə alınıb. SİA-nın məlumatına görə, London klubu müdafiəçisi Davinson Sançesin sazişini yeniləyib. 21 yaşlı futbolçu ilə 2024-cü ilə qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, mövsümün əvvəlində "Ayaks"dan 40 milyon avroya transfer edilən Kolumbiya millisinin üzvü 41 oyunda şans qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə