“Gənclərbirliyi” Ümit Özatla yollarını ayırıb

Türkiyənin “Gənclərbirliyi” klubu baş məşqçisi Ümit Özatla yollarını ayırıb. Bu barədə klub prezidenti Murat Cavcav “Hürriyət”ə açıqlamasında məlumat verib. O, Özatla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini deyib. “Gənclərbirliyi”nin Türkiyə Superliqasının 33-cü turunda aşağı liqaya düşməsi rəsmiləşdiyi üçün klub rəhbərliyi belə qərar verib.

Qeyd edək ki, "Gənclərbirliyi"nin heyətində Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...