AFFA-dan Xocalı uşaqları üçün futbol bayramı

Yeniyetmələrin və uşaqların, o cümlədən məcburi köçkün və qaçqın ailələrindən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir 15 may 2018-ci il tarixdə cəbhə bölgəsində yerləşən Goranboy rayonunun Ağcakənd kəndində məskunlaşan Xocalı rayonundan olan məcburi köçkün ailələrinin uşaqları üçün keçrilib. SİA-nın verdiyi məlumata görə, AFFA-nın təşkilatçılığı ilə keçrilmiş tədbirdə millət vəkili, AFFA-nın 1 vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayonundan seçilmlş deputat Elman Məmmədov, Göyçay rayonundan seçilmiş deputat Sabir Hacıyev, Xocalı rayon Gənclər və İdman İdarəsinin müdiri Elməddin Bağırov və “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihısinin kordinatoru Kərim Ağayev iştirak ediblər.

Tədbirə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Xocalı rayonundan seçilmiş deputat Elman Məmmədov və Göyçay rayonundan seçilmiş deputat Sabir Hacıyev çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, bu layihənin həyata keçrilməsində məqsəd uşaq və yeniyetmələrin, o cümlədən məcburi köçkün və qaçqın ailələrindən olan uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Birinci Avropa Oyunlarında, RİO-2016-da və Bakıda keçrilmiş İslam Həmrəylik Oyunlarında əldə olunan yüksək nəticələr buna bariz nümunədir. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə məcburi köçkün və qaçqın ailələrinin sosial şəraitinin yaxşılaşdirilması istiqamətində həyata keçrilən tədbirlərdən danışılıb.

Tədbirin sonunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən uşaqlara müxtəlif idman ləvazimatları paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...