YAÇ-2018: 4 güləşçimiz yarımfinala vəsiqə qazanıb

Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. SİA-nın məlumatına görə, ikinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışır. Bu çəkilərdə qızıl medal qazanacaq idmançılar Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin etmiş olacaq.

Güləşçilərimizdən dördü yarımfinalda mübarizə aparacaq. Əlihəsən Əmirli (48 kq) qarşılaşdığı Moldova və Ermənistan, Turan Bayramov (65 kq) Ukrayna və Ermənistan, Fuad Mayılov (80 kq) Macarıstan və Gürcüstan, İslam Abuyev (110 kq) isə Yunanıstan və Belarus idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

48 kq
1/2 final - Daniel Zopunian (RUS) - Əlihəsən Əmirli
1/4 final - Knyaz İboyan (ARM) - Əlihəsən Əmirli 2:7
1/8 final - Əlihəsən Əmirli - Alin Ciorici (MDA) 10:0

55 kq
1/8 final - Daviti Abdaladze (GEO) - Əbülfəz Nəsirov 4:2
1/16 final - Əbülfəz Nəsirov - Natan Serebrinsky (İSR) 13:0

65 kq
1/2 final - Luka Mariamidze (GEO) - Turan Bayramov
1/4 final - Turan Bayramov - Narek Harutyunyan (ARM) 3:1
1/8 final - Turan Bayramov - Serhii Hordiienko (UKR) 8:0

80 kq
1/2 final - Fuad Mayılov - Süleyman Dur (TUR)
1/4 final - Giorgi Nebunişvili (GEO) - Fuad Mayılov 5:6
1/8 final - Fuad Mayılov - Milan Korcsog (HUN) 8:0

110 kq
1/2 final - Stoyan Yordanov (BUL) - İslam Abuyev
1/4 final - İslam Abuyev - Uladiszlau Xamitski (BLR) 11:0
1/8 final - Dimitrios Tulkeridis (GRE) - İslam Abuyev 0:10

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...