Avroliqada yarımfinal mərhələsinin ilk oyunları keçirilib

Futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçirilib. Londonda "Arsenal" ilə qarşılaşan İspaniya "Atletiko"su artıq 10-cü dəqiqədə azlıqda qalıb. Şime Vrsalyo ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Buna etiraz edən baş məşqçi Dieqo Simeone isə texniki zonadan kənarlaşdırılıb.

Meydan sahibləri say üstünlüyündən 61-ci dəqiqədə Aleksandr Lyakazettin qolu ilə yararlana biliblər. Bununla belə, 82-ci dəqiqədə "Atletiko"nun hücumçusu Antuan Qrizmann bərabərlik qolunu vurmağa müvəffəq olub. Bununla da görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Fransada isə "Marsel" "Zaltsburq" üzərində inamlı qələbə qazanıb - 2:0. Qolları 15-ci dəqiqədə Florian Toven, 63-cü dəqiqədə isə Klinton NJi vurub. Qeyd edək ki, cavab görüşləri mayın 3-də keçiriləcək.

Avropa Liqası, yarımfinal, ilk oyunlar

26 aprel

23:05. "Arsenal” (İngiltərə) – "Atletiko” (İspaniya) - 1:1

Qol: Aleksandr Lyakazett, 61 - Antuan Qrizmann, 82

Qırmızı vərəqə: Şime Vrsalko, 10 ("Atletiko")

Baş hakim: Kleman Türpen (Fransa)

Bütün xəbərlər Facebook səhifəmizdə