“Red Bull”un pilotu dodağından əməliyyat olunub

2017 Formula 1 Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo əməliyyat olunub. SİA-nın məlumatına görə, bu barədə “Red Bull”un avstraliyalı pilotunun özü Bakıda təşkil olunan mətbuat konfransında bildirib. O deyib ki, problem dodağını dişləməsi ucbatından yaranıb: “Qəribə hadisə baş verdi – Bəhreyndə dodağımı dişlədim. Görünür, həmin vaxt yaraya infeksiya düşüb. Çünki dodağımı çeynəməyə davam etdim. Bu səbəbdən, Londonda yaranı yarmaq və tikməyə ehtiyac duyuldu”.

Qeyd edək ki, 2018-ci ilin Bəhreyin Qran Prisi 6 - 8 apreldə keçirilib. Azərbaycan Qran Prisi isə 27 - 29 apreldə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə