"ShamkirChess-2018": Şəhriyar Məmmədyarov Teymur Rəcəbova qarşı

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess-2018" superturnirində VII tura start verilib. SİA-nın məlumatına görə, bu gün yarışın iştirakçılarından biri Azərbaycan təmsilçisi Rauf Məmmədovun 30 yaşı tamam olur. Turun əvvəlində bu münasibətlə Rauf Məmmədovu təbrik edən Təşkilat Komitəsi milli komandanın şahmatçısına hədiyyə təqdim edib.
Qeyd edək ki, Rauf Məmmədov bu turda Hollandiya şahmatçısı Aniş Giri ilə üz-üzə gəlir. Şəhriyar Məmmədyarov isə Teymur Rəcəbovla qarşılaşır.

"ShamkirChess-2018"

VII tur

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Teymur Rəcəbov (Azərbaycan, 2748)

David Navara (Çexiya, 2745) - Dinq Liren (Çin, 2778)

Rauf Məmmədov (Azərbaycan, 2704) - Aniş Giri (Hollandiya, 2777)

Maqnus Karlsen (Norveç, 2843) - Veselin Topalov (Bolqarıstan, 2749)

Radoslav Voytaşek (Polşa, 2744) - Sergey Karyakin (Rusiya, 2778)

Turnir cədvəli: Topalov - 4 xal; Karlsen, Giri – 3,5; Karyakin, Məmmədov, Rəcəbov, Dinq - 3; Voytajek, Məmmədyarov – 2,5; Navara - 2.

Bütün xəbərlər Facebook səhifəmizdə