Bakıda F1 azarkeşləri üçün pit-yolu gəzintisi təşkil olunub - FOTOLAR
Bu gün 2018 Formula 1 Azərbaycan Qran Prisi öncəsi 4 günlük bilet sahibləri üçün pit-yolu gəzintisi təşkil olunub. SİA-nın məlumatına görə, azarkeşlər pit-yoluna daxil olaraq komandaların yarışa hazırlığını izləyiblər.
Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan avtoidman həvəskarları qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar.
Böyük coşqu ilə keçən pit-yolu gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.
Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi aprelin 27-29-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə