Yelkənçilərimiz Avropa çempionatında iştirak edib FOTO

Yelkənli İdman Federasiyasının “Laser” sinfi üzrə milli komandası Yunanıstanın Patra şəhərində keçirilən yelkənli qayıqların “Laser 4.7” sinfi üzrə Avropa Çempionatında iştirak edib.

Federasiyadan SİA-ya verilən məlumata görə, yelkənçilərimizin ilk dəfə iştirak etdiyi bu yarışda Azərbaycan komandasına Federasiyanın idman üzrə koordinatoru Burcu Algon Giorgianni rəhbərlik edib. Heyətin məşqçisi isə Tuğçe Subaşı olub. Çempionatda iştirak edən komanda heyəti: Rafiq Orucov, Fərid Məmmədzadə, Ammar Hatim.

Bütün xəbərlər Facebook səhifəmizdə