Vüqar Həşimov Memorialında bolqarıstanlı şahmatçı liderliyini davam etdirir

Aprelin 25-də Şəmkirdə V Vüqar Həşimov Memorialında altıncı turun görüşləri keçirilib. SİA-nın məlumatına görə, bu turda Hollandiya təmsilçisi Aniş Giri çexiyalı David Navaraya qalib gəlib.

Turun digər partiyalarında Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Teymur Rəcəbov Polşa idmançısı Radoslav Voytaşeklə, Rauf Məmmədov bolqarıstanlı Veselin Topalovla, rusiyalı Sergey Karyakin isə norveçli Maqnus Karlsenlə heç-heçə edib.

Hesabında 4 xal olan V.Topalov liderliyini davam etdirir. M.Karlsen və A.Giri 3,5 xalla 2-3-cü yerdə qərarlaşıblar. T.Rəcəbov, R.Məmmədov, D.Liren, S.Karyakin 3 xalla 4-7-ci, Ş.Məmmədyarov və R.Voytaşek 2,5 xalla 8-9-cu pilləni bölüşürlər. D.Navara isə 2 xalla sonuncudur.

Bütün xəbərlər Facebook səhifəmizdə