Türkiyənin Antalya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız növbəti oyununu keçirib. AFFA-nın saytında yer alan xəbərə görə, Azər Məmmədovun rəhbərlik etdiyi komanda gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qoluna Bəhruz Tanrıverdiyev imza atıb.

Aprelin 27-də keçiriləcək növbəti oyunda millimiz Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq. Qeyd edək ki, komandaməz ilk oyununda Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşmışdı - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə