Bu gün "Bavariya" "Real"ı qəbul edəcək

Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq. SİA-nın məlumatına görə, “Bavariya” Münhendə “Real”ı qonaq edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

25 aprel

Çempionlar Liqası, yarımfinalın ilk oyunu

22:45. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)

Münhen. "Allianz Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə