"Roma"nın prezidenti: "Salahı izləmək inanılmazdır"

"Səmimi deyim ki, Salahın bu mövsümkü çıxışı məni yaxşı mənada təəccübləndirir. Biz ondan "Liverpul" kimi istifadə edə bilmədik. Onlar daha yaxşı variant tapıblar. Salah "Roma"da cinahlarda çıxış edirdi. Çünki hücumun mərkəzində 36 qol vuran Edin Ceko var idi. "Liverpul"da isə hücumun mərkəzinə daha yaxın oynayır".

Qol.az-ın məlumatına görə, bu sözləri Britaniya mətbuatına açıqlamasında "Roma"nın prezidenti Ceyms Pallotta deyib. Çempionlar Liqasının yarımfinal mərhələsinin "Liverpul"la oyunu öncəsi yerli jurnalistlərin suallarını cavablandıran Pallotta keçmiş futbolçuları Məhəmməd Salahın cari mövsüm ingilis klubundakı parlaq çıxışına da toxunub. Klub prezidenti misirli hücumçu haqda maraqlı fikirlər səsləndirib:

"Mən təəccübləndiyimi deyəndə, Salahın fürsətləri qola çevirməsini nəzərdə tuturam. "Roma"da çıxış edərkən bu qədər dəqiq deyildi. Hətta epizodları boşa verdiyinə görə məyus olurdu. İndi isə topa doğru hərəkət edəndə adama elə gəlir ki, artıq qoldur. Bəlkə Premyer Liqada qapılar böyükdür? Salahı izləmək inanılmazdır. Hər dəfə qol vuranda "Aman Tanrım" deyə reaksiya verirəm".

Qeyd edək ki, Salah 2017-ci ildə "Roma"dan "Liverpul"a keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...