"Mançester Siti" və PSJ İnyestaya "elçi düşüb"

"Barselona"nın futbolçusu Andres İnyestanı transfer etmək istəyən klubların siyahısına daha ikisi əlavə olunub. "AS" nəşri yazır ki, "Mançester Siti" və PSJ 33 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Kataloniya təmsilçisindəki gələcəyi ilə bağlı yekun qərarı qəbul etməyən A.İnyestaya sözügedən klublar təklif göndərməyə hazırdırlar.

Qeyd edək ki, A.İnyesta ilə Çinin 3 klubu - "Tyançzin Çyuançzyan", "Şanxay Şenxua" və "Çunçin Lifan"ın maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...