"Fənərbaxça" rəqibini darmadağın edib

Futbol üzrə Türkiyə Superliqasında 30-cu tura yekun vurulub. İstanbulun "Fənərbaxça" futbol klubu öz meydanında "Antalyaspor"u qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Fənərbaxça" - "Antalyaspor" - 4:1

Qollar: Şaeşue, 14 (1:0), Soldado, 20 (2:0), Dukara, 36 (2:1), Juliano, 62, Valbueno, 90 (4:1)

Qeyd edək ki, 34 turdan sonra turnir cədvəlinə 63 xalla "Qalatasaray" başçılıq edir. "Beşiktaş" və "Başakşəhər 62 xalla 2-ci-cü pillələri bölüşdürür. "Fənərbaxça" isə 60 xalla 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə