Sneyder bu il Hollandiya millisi ilə vidalaşır

Hollandiya millisinin futbolçusu Uesli Sneyder bu il yığmadakı karyerasını başa vuracaq. Hollandiya Futbol Federasiyasının saytında yer alan xəbərə görə, 34 yaşlı yarımmüdafiəçi sentyabrın 6-da Peru ilə yoldaşlıq matçında yığmada son oyununu keçirəcək. Qeyd edək ki, hazırda Qətərin "Əl-Qarafa" klubunda çıxış edən Sneyder 2003-cü ildən Hollandiya millisində oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə