Braziliyalı futbolçu Azərbaycan çempionatında 10-cu qolunu vurub

“Kəpəz”in futbolçusu Dario Federiko Topaz Premyer Liqasında qol sayını 10-a çatdırıb. SİA-nın məlumatına görə, XXIV turun “Səbail”lə səfər oyununda (1:1) hesabı açan braziliyalı cari mövsümdə 3-cü dəfə fərqlənib və Azərbaycan çempionatlarında ümumi qol sayında yubiley qeyd edib. O, 10-cu qolunu Premyer Liqadakı 43-cü matçda rəqib qapısından keçirib. 2015/16 mövsümündə 12 oyunda 3, 2016/17 mövsümündə 22 qarşılaşmada 4 dəfə qol sevinci yaşayan hücumçu cari çempionatda 9-cu matçında 3-cü uğurunu rəsmiləşdirib.

Bununla da Federiko “Kəpəz”in tarixində Azərbaycan çempionatlarında 10 və daha çox qol vuran 27-ci futbolçu, 6-cı legioner olub.

Bütün xəbərlər Facebook səhifəmizdə