Millimizin Avropa çempionatında yarışacaq heyəti açıqlanıb

Aprelin 26-28-də İsraildə cüdo üzrə Avropa çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, çempionatda ölkəmizi 10 cüdoçu təmsil edəcək.

Kişilərin mübarizəsində Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elxan Məmmədov və Zelim Kotsoev (hər ikisi 100 kq) tatami üzərinə çıxacaqlar.

Qadınların yarışında isə Leyla Əliyeva, Bazarraqça Erdenebat (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyanxışıq Purevsuren (hər ikisi 52 kq), İçinxorlo Munxtsedev (57 kq) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatında 44 ölkədən 379 cüdoçu yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə