Bakıda “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə gənclər arasında “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib. SİA-nın məlumatına görə, turnirdə 18 ölkədən idmançılar mübarizə aparırlar. Yarışlarda Azərbaycanı Darya Farşbafşəhriyari, Arzu Cəlilova, Yelizaveta Luzan və Nərminə Səmədova təmsil edirlər.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən təşkil olunan turnirdə 2003-2005-ci il təvəllüdlü gimnastlar halqa, top, gürzlər və lent ilə hərəkətlərdə məharətlərini göstərəcəklər.

“AGF Junior Trophy” turniri bu il iyunun 1-3-də İspaniyanın Quadalaxara şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə