Yuri Maksimov: "Finalda əsl döyüş olacaq"

"Bu, kubok oyunudur. Finalda əsl döyüş olacaq". Bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib. Ölkəsinin mətbuatına danışan ukraynalı mütəxəssis Azərbaycan kubokunun finalında “Qəbələ” ilə keçirəcəkləri oyun haqda fikirlərini açıqlayıb. Təcrübəli çalışdırıcı həmvətənlisi Roman Qriqorçukun komandasınının favorit olduğunu bildirib:

“Mənə görə, təbii ki, “Qəbələ” favorit hesab olunur. Şanslar 70-in 30-a rəqibin xeyirinədir. Bundan başqa, hələ əvvəlcədən bilinirdi ki, final oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. Bu, Roman Qriqorçukun komandası üçün əlavə üstünlükdür. Amma final bir oyundan ibarətdir. Titul qazanmaq üçün meydanda var-gücümüzü ortaya qoyacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə